Sevdiyim qizin boyu 1.25 metr idi

  • Bu gün 08:59
  • 0

“Arzunun vaxtı” verilişinin budəfəki qonağı 1 metr boyu ilə sosial şəbəkələrdə diqqət mərkəzinə düşən Röyal Əsgərov olub. O, həyat hekayəsindən, çətin uşaqlığından, qazandığı uğurlardan bəhs edib. Sosial mediada tanınan gənc sahibkar İlyas Möhnətovun dəstəyi ilə reklamlarda çəkilən və yüksək maaş alan Röyal qazandığı pulların qədrini bildiyini və hər qəpiyi gələcəyi üçün yığdığını söyləyib: “İlk maaşım 1000 manat oldu. Sonralar aylıq gəlirim 2000-3000, hətta 5000 manata da çatdı. Amma mən gedib kefə, yeyib-içməyə pul xərcləmədim. Həmin pulları yığıb Gəncədə özümə 100 minlik ev aldım. İnsan pulun qədrini bilməlidir”. Röyal şəxsi həyatından və sevgi hekayəsindən də danışıb. O, vaxtilə sosial şəbəkələrdə tanış olduğu və boyu 1,25 metr olan qızla münasibətindən bəhs edib: “Sevdiyim qızın boyu 1,25 metr idi. Məndən ötrü ağlayırdı, mənsiz qala bilmirdi. Amma sonradan onunla ayrıldıq. İndi istəyirəm ki, ailəm, uşaqlarım olsun. Evlənəcəyim xanımın boyu təxminən 1,25 metrlə 1,50 metr arasında ola bilər”.