Oktyabrın 20-25-i tarixlərində Polşanın Pabyanitse şəhərində “GPC World Championship” adlı turnir keçirilib.
Avtosfer.az xəbər verir ki, 35 ölkədən 4000-dən çox idmançının iştirak etdiyi Poverliftinq üzrə Dünya Çempionatında Azərbaycan da təmsil olunub.
Yarışda ölkəmizi Baş Dövlət Yol Polis İdarəsinin YPX alayının baş inspektoru Famil Məhərrəmov təmsil edib. O, ümumi təchizatla benç-pres yarışında 270 kiloqram çəkini qaldıraraq dünya çempionu titulunu qazanıb.
Növbəti çıxışında 280 kiloqram çəkinin ğöhdəsindən gələrək dünya rekordunu müəyyənləşdirib.
Qeyd edək ki, Famil Məhərrəmov daha əvvəl 2018 və 2023-cü illərdə dünya çempionluğunu qazanıb.

























