Rusiyada ağır qəza: Doqquz ölü

  • 09.12.2017
  • 0

Rusiyanın Yakutiya Respublikasının Meqino-Kanqalasski rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı doqquz nəfər ölüb, daha üç nəfər isə yaralanıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında məlumat verilir. Hadisə dekabrın 8-də axşam saatlarında “Kolıma” federal yolunda baş verib. Qarşı yola çıxan “UAZ” mikroavtobusu “KamAZ” yük maşını ilə toqquşub. Qəza nəticəsində mikroavtobus alovlanıb. Faktla bağlı cinayət işi açılıb.