Gəncədə zəncirvari qəza, 3 maşın toqquşub

  • 30.11.2023
  • 0

Gəncədə yol-nəqliyyat hadisəsi hadisəsi baş verib.

Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan iki "VAZ" markalı avtomobil və "Azərpoçt"a məxsus "Lada Largus" markalı minik maşını toqquşub. Qəza zamanı "Lada Largus"da olan sərnişin - “Azərpoçt”un əməkdaşı, 1987-ci il təvəllüdlü Arzu Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?