Küveytdə “Driftin Kralı” müəyyənləşdi 1

  • 08.12.2017
  • 0

Küveytdə “Red Bull Car Park Drift 2017”-in final yarışları keçirilib. Oxu.Az xəbər verir ki, Omnadan olan Rafat Al Yahya “Nissan Sylvia” markalı avtomobillə birinci yerə sahib çıxıb. İkinci yeri İordaniyali Othman Tikriti, “BMW E46”-lə, üçüncü yerə isə misirli Əhməd Hamadan Bakhit “BMW M30” avtomobili ilə tutub. Qeyd edək ki, drift sürüş texnikası – sürücünün öz avtomobilini kiçik döngələrdə belə seçilmiş istiqamətdən qəsdən döndərməsidir. Bu idman növü artıq məşhur beynəlxalq avtoidmana çevrilib. Küveyt şəhərində keçirilən regionun ən böyük yürüşü olan “Red Bull Car Park Drift 2017”-in finalına “Driftin Kralı” titulu uğrunda mübarizə aparmaq üçün Yaxın Şərqin və Afrikanın ən bacarıqlı drifterləri gəlib. İlk dəfə driftinq XX əsrin 60-cı illərində Yaponiyanın əyri-üyrü dağlıq yollarında yaranıb. Bir qrup həmfikirli yarışçılar kəskin döngələri dönərkən şinləri tutma həddini aşaraq trasda qələbə uğrunda yürüşə başlayıblar. 2005-ci ildə “Red Bull” şirkəti driftinq idman növünü inkişaf etdirməyə başladı və Yaxın Şərqdə onun atəşini yandırmağa qərar verdi ki, həmin atəş bu günə kimi alovlanır.

Nə düşünürsən?