İkimərtəbəli evdə yanğın, ev sahibi yanaraq ölüb

  • 07.11.2023
  • 0

Şəkidə iki mərtəbəli fərdi yaşayış evi yanıb. 

Hadisə Şəki şəhərinin Mirzə Ələkbər Sabir küçəsində qeydə alınıb. Ziyafət İdris qızı Salmanovaya məxsus, ümumi sahəsi 162 kv/m olan ikimərtəbəli, 6 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları tam yanaraq yarasız hala düşüb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Yanğının yerinin kəşfiyyatı zamanı ev sahibi  67 yaşlı Ziyafət Salmanovanın yanmış cəsədi aşkar edilib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji  Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır. 

Nə düşünürsən?