Qaydaları pozan sürücülər cəzalandırıldı

  • 27.11.2017
  • 0

Sumqayıtda yol polisi növbəti dəfə reyd keçirib. Reyd zamanı yol hərəkəti qanunlarına əməl etməyən sürücülər saxlanılaraq barələrində inzibati protokol tərtib edilib. Həmçinin cərimələri ödəməyən, qanunsuz sərnişin daşıyan sürücülərə də rast gəlinib. Qanunsuz sərnişin daşıyan mikroavtobuslardakı sərnişinlər isə düşürülərək başqa ictimai nəqliyyatla yola salınıb. Ümumilikdə reyd zamanı 30-a yaxın sürücü barəsində inzibati cəza tədbiləri görülüb, 10-a yaxın avtomobil isə cərimə meydançasına yerləşdirilib.Yol-nəqliyyat hadisələrinin qarşısını almaq və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə belə reydlərin mütəmadi keçirilməsi planlaşdırılır.

Nə düşünürsən?