Dəhşətli statistika. Xərçəngli uşaqlar

  • 24.11.2017
  • 0

Azərbaycanda uşaqlar arasında xərçəng xəstəliyi artıb. Ötən il 10807 nəfərə bədxassəli şiş diaqnozu qoyulub ki, bunlardan 5235 nəfərini kişilər, 5572 nəfərini qadınlar təşkil edib. İlk dəfə bədxassəli şiş diaqnozu qoyulanlardan 84 nəfəri 13 yaşadək uşaqlar olub. Onlardan da 38 nəfəri oğlan, 46 nəfəri qız uşaqlarıdır. Əhalinin hər 100 000 nəfəri arasında ilk dəfə bədxassəli şişlərlə xəstələnmə halları da artıb. Belə ki, 2015-ci ildə əhalinin hər 100 000 nəfərinin 106,9 nəfərinə, 2016-cı ildə isə 112,1 nəfərinə ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozu qoyulub.

Nə düşünürsən?