Zubov: Qələbə paradı Putin üçün biabırçılıq olacaq

  • 04.05.2021
  • 0

Qələbə paradı Putin üçün növbəti biabırçılıq olacaq .

Axar.az xəbər verir ki, bunu “Obozrevatel”ə müsahibəsində rusiyalı tarixçi Andrey Zubov deyib.

“Sözsüz ki, Qələbə paradı Putin üçün növbəti biabırçılıq olacaq. Nasist Almaniya üzərində qələbə paradı Putin və onu Lukaşenko tipində əhatə edən tiranların toplantısına çevrilib. Yəqin ki, Qazaxıstandan, Ermənistandan kimsə gələcək. Ermənistanda tiraniya yoxdur, amma əvəzində Rusiyanı müttəfiq kimi Azərbaycan və Türkiyə qarşısında itirmək qorxusu var”, – deyə o bildirib.

Onun sözlərinə görə, Putinin sayəsində Rusiya artıq tam təcrid edilib. O, buna görə, Putinin yaxın tərəfdarlarının belə onu lənətlədiyini bildirib.

Zubov Rusiyanın “zəfər” nağıllarının rejim gedənə qədər davam edəcəyini söyləyib.

 

Nə düşünürsən?