Ziyalılarımız UNESCO-ya müraciət etdi

  • 25.03.2021
  • 0 baxış
  • 0

Azərbaycanın bir qrup ziyalısı UNESCO-nun baş direktoru Odre Azuleyə müraciət edib.

Müraciətdə Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində bu ölkə ərazisində Azərbaycan xalqına məxsus yüz illərlə tarixi olan mədəni irsin tamamilə yox olması təhlükəsi ilə bağlı ciddi narahatlıq bildirilib.

Ziyalılar Ermənistanda yaşamış və bu yerlərin köklü sakinləri olan azərbaycanlılara qarşı XX əsrin əvvəllərindən etibarən aparılmış etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlıların öz dədə-baba torpaqlarından kütləvi deportasiyaya məruz qaldıqlarını vurğulayıblar.

UNESCO-nun öz konstitusiyası ilə ona verilmiş vasitəçilik mandatına güvəndiklərini bildirən ziyalılar bu təşəbbüsün reallaşdırılması ilə bağlı təşkilatın rəsmi mövqeyinə dair onları məlumatlandırılmalarını xahiş ediblər. Qeyd edək ki, müraciəti 22 ziyalımız imzalayıb.

REAL

Nə düşünürsən?