Zəngilanda minatəmizləmə işləri aparılır

  • 29.04.2021
  • 0

44 günlük Vətən müharibəsində 27 illik işğaldan sonra azad edilən Zəngilanın bu gün ermənilərin basdırdığı mina əsarətindən xilasına az qalıb. Bu işi həyata keçirən ANAMA artıq 70 hektardan çox ərazini mina və partlamamış hərbi sursatlardan təmizləməyi bacarıb.

Prezident İlham Əliyevin tapşırığı ilə "Ağıllı kənd” layihəsinin təməli qoyulan Zəngilanın I, II, III Ağalı kəndlərində təmizləmə işləri son sürətlə davam edir.

 

28 gün ərzində II Ağalının 70%-ni təhlükəsiz əraziyə çevirən ANAMA-nın mütəxəssisləri üçün yaz fəslində mina axtarmaq elə də asan deyil. Dizə çatan yaşıllıq partlamamış hərbi sursatı öz ağuşunda gizlədə bilib.

Ağıllı Ağalıdan sonra üz tutduq işğaldan azad edilən digər rayona Qubadlıya. Qubadlının Xanlıq adlı ərazisində ANAMA-nın əməkdaşları öz işlərinin öhdəsindən ağılla gəlməyə çalışırdılar. Əməliyyatlar zamanı ərazidən 1 ədəd PQ raketi tapılıb. Gündəlik 5,7 faiz ərazi təmizlənir. Artıq ərazinin 48,7 faizi mina və partlamamış sursatlardan təmizlənib. Bu sahə təmizləndikdən sonra əkin işləri aparılacaq.

REAL

Nə düşünürsən?