Yoluxma sayı yenidən artır

  • 05.03.2021
  • 0

Son sutkada 365 nəfər yoluxub
Azərbaycanda koronavirus infeksiyasına 365 yeni yoluxma faktı qeydə alınıb, 175 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Son 7 gündə 2023 nəfər koronavirusa yoluxub. Gündəlik gələn statistika artım tempinin yüksək olduğunu göstərir. Ölüm faktı da kifayət qədər ciddi narahatlıq doğurur. 7 Gün ərzində 22 nəfər məhz COVID-19 dan ölüb.

Yenidən xəstəxanaların dolub-daşması ehtimalı bu güdişlə uzaqda görünmür. Çünki hər əlamətdar gün, hər bayram tətili əslində virusun bayramı hesab olunur. Tətili fürsət bilən isanlar mümkün fürsətdən yararlanmaq istəyir. Bu zaman isə nə maska yada düşür, nə də ara məsafəsi. Virusun idarəolunmaz hala gətiriləcəyi təqdirdə yenidən qapanmaların tətbiq edilməsi ehtimalı yüksəkdir.

Qeyd edək ki, son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 236 012 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 442 nəfər müalicə olunaraq sağalıb, 3 235 nəfər vəfat edib. Hazırda 3 335 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 779, bu günə qədər isə ümumilikdə 2 635 770 test icra olunub.

Nə düşünürsən?