Yoldan keçən miqrant 9-cu mərtəbədən yıxılan qadını xilas etdi

  • 21.11.2017
  • 0

Çilinin paytaxtı Santyaqo şəhərində Haitidən olan miqrant doqquzuncu mərtəbədən yıxılan qadını xilas edib. Oxu.Az-ın xəbərinə görə, bu barədə Daily Mail nəşri yazır. Kadrlarda göründüyü kimi qadın yaşayış binasının doqquzuncu mərtəbəsində eyvandan asılı vəziyyətdə qalıb. Aşağıda insanlar telefonla baş verənləri çəkirdilər. Üç il əvvəl Çiliyə gələn haitili miqrant Riçard Cozef avtobusdan düşəndən sonra qadını görüb. “Əvvəlcə mən telefonu çıxardaraq digərləri kimi çəkməyə başladım. Sonradan başa düşdüm ki, bu düzgün deyil, ona kömək etmək lazımdır, — Cozef danışır. — Mən onun yerə düşməsini yumşaltmaq istədim. Qadını xilas edə biləcəyimi düşünmürdüm, lakin onun yerə çırpılmasını istəmirdim”. Cozef qadının düşəcəyi yeri təxmin edib və əllərini qabağa uzadaraq dayanıb. Qadın yıxalandan sonra düz onun əllərinin üstünə düşüb. Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti ağır olduğu bildirilir. Haitili miqrant isə dizləri və əllərini zədələyib. Çilili xeyriyyəçi Leonardo Franko Cozefin müalicəsinə iki milyon Çili pesosu (təxminən 5500 manat) ayıracağına söz verib.

Nə düşünürsən?