Yerli və xarici QHT-lər hesabat verdi

  • 04.04.2021
  • 0

Yerli və xarici qeyri-hökumət təşkilatlarının (QHT) Vətən müharibəsi dövründə Ermənistanın Azərbaycana qarşı törətdiyi beynəlxalq cinayətlərdən bəhs edən geniş hesabatı hazırlanıb.

hesabatda Vətən müharibəsi dövründə Ermənistanın Azərbaycana qarşı törətdiyi beynəlxalq cinayətlərdən bəhs edən 9 yerli və üç xarici təşkilatın hazırladığı on iki məruzə yer alıb. Hesabata daxil edilən məlumatlarda Ermənistanın müharibə zamanı beynəlxalq konvensiyalarla mülki əhaliyə və yaşayış məntəqələrinə qarşı istifadəsi qadağan olunmuş silah-sursatlardan istifadə etməsindən bəhs olunur.

Hesabatda Beynəlxalq Avrasiya Mətbuat Fondunun “İkinci Qarabağ müharibəsinin başlanması səbəbləri, yaratdığı fəsadlar və törədilən cinayətlərə dair” məruzəsi də yer alıb. Məruzədə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın mülki əhalisinə qarşı törədilən cinayətlərin, vurulan ziyan haqqında müşahidələrin, müxtəlif rəylərin və mövcud vəziyyətin dəyərləndirilməsini əks etdirilib.

REAL

Nə düşünürsən?