Yerevanda polis etirazçılara qarşı zorakılıq tətbiq edib

  • 20.11.2020
  • 0

Ermənistanın paytaxtı Yerevanda polis baş nazir Nikol Paşinyanın istefası tələbi ilə "Respublika" meydanına avtoyürüş təşkil etməyə çalışan şəxslərin qarşısını alıb. Bu barədə "Report" "News.am"a istinadən xəbər verir. Agentlik qeyd edib ki, polis əməkdaşları aksiyaçılara qarşı zorakılıq tətbiq edib. Aksiyaçılardan bəziləri saxlanılıb.