Yeni ərazilər Ordumuzun nəzarətinə keçdi

  • 05.02.2021
  • 0

27 illik işğal müddətində Ermənistanın Sünik (Zəngəzur) ərazisinə qanunsuz olaraq daxil edilən Xinzirək (Nerkin Xndzoresk) kəndindəki bir neçə mövqe sərhəd müəyyənləşməsi əsasında Ordumuzun nəzarətinə keçib. Sfera.az xəbər verir ki, bu barədə kəndin erməni icmasının sədri Ervand Malunç deyib. O bildirib ki, artıq kənddə bir neçə ev qarşı tərəfin (yəni Ordumuzun) bir neçə yüzmetrliyində yerləşir. Qeyd edək ki, bundan öncə Azərbaycan Ordusunun Sünikə, Xinzirək kəndinə girməsi barədə erməni sosial şəbəkələrində məlumatlar yayılmışdı. Lakin kəndin icma sədri Ervand Malunts bu məlumatların həqiqəti əks etdirmədiyini bildirmiş, daha sonra isə hazırda sərhəd müəyyənləşməsinin getdiyini etiraf etmişdi.

Nə düşünürsən?