Yararlı çimərliklərin sayı açıqlandı

  • 01.06.2021
  • 0

“İlkin nəticələrə görə, Novxanı, Goradil, Nardaran, Zuğulba çimərlikləri bakterioloji baxımdan yararlı hesab olunur”.

APA TV-nin məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər kompleks ekoloji monitorinq idarəsinin rəisi Nazim Mahmudov “Ekspert saatı”nda deyib.

O bildirib ki, digər çimərliklərdə isə hazırda monitorinqlər davam edir. 

Nazim Mahmudov bölgələrdə də monitorinqlərin aparıldığını yaxın vaxtlarda nəticələrin açıqlanacağını qeyd edib. 

 

Nə düşünürsən?