Xüsusi təyinatlılar bombalamadan sonra əməliyyata start verdi

  • 24.04.2021
  • 0

Türkiyə İraqdakı PKK terror təşkilatına qarşı geniş miqyaslı yeni əməliyyata başlayıb.

Mia.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İraqın Metina, Zap, Basyan və Qəndil bölgələrinə hava zərbələri endirilib və eyni anda xüsusi təyinatlı bölmələr Metina bölgəsində quru əməliyyatlarına start veriblər: "Onlara helikopter və PUA-larla dəstək verilir".

Məlumata görə, nazir Hulusi Akar, Baş qərargah rəisi  Yaşar Güler və digər komandirlər əməliyyatı yaradılan idarəetmə mərkəzindən izləyirlər.

Nə düşünürsən?