Xocalı faciəsi Niderlandda da anıldı

  • 24.02.2021
  • 0

Soyqırımla bağlı onlayn konfrans keçirilib
Xocalı soyqırımından 29 il ötür. Hər il bu faciyə həm Azərbaycanda həm də dünyanın Azərbaycanlılarin yaşadıgı bir çox ölkələrində bu gün hüznlə qeyd olunur. Ermənilərin bu vəhşiliyi unudulmur və unutdurulmur, Elə ona gırə də Dünyadakı Azərbaycan diaspor təşkilatları hər il Xocalı soyqırımını anım mərasimləri təşkil edir, konfranslar keçirir, beynəlxalq qurumlara bəyanat və məktublar göndərirlər.

Xocalı soyqırımının anım günü ilə əlqədar olaraq bu il də Niderland Krallığında fəaliyyət göstərən “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı, AR Diasporla İş üzrə Dövlət Komitəsi və Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının dəstəyilə Xocalı – Qan Yaddaşımız!” adlı online anım konfransı keçirildi.

“Video-konfransda Azərbaycan Respublikasının Niderland Krallığında fəaliyyət göstərən fövqəladə səlahiyyətli səfiri Fikrət Axundov, AR Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev, Niderland Parlamentinin üzvü, DENK Partiyasının deputatı Tunahan Kuzu, millət vəkilləri - Sahib Alıyev və Ramin Məmmədov, , TC Cümhurbaşkanlığı Güvenlik və Dış Politikalar Kurul üyesi, TADİV başkanı, professor Aygün Attar, tarix elmləri doktoru, professor Həvva Məmmədova, Xocalı soyqırımının canlı şahidləri - Mürvət Məmmədov, Dürdanə Ağayeva, Samirə Hüseynova, Şahin Əzimov, Ayna Novruzova, Ağdam Mərkəzi rayon xəstəxanasının sabiq baş həkimi Taryel Eyvazov, Azərbaycan Respublikasının Əməkdar artisti, şəhid ailəsi Gülüstan Əliyeva, Diaspor İnformasiya Mərkəzinin rəhbəri Toğrul Allahverdiyev, Diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk və başqaları iştirak ediblər.

Dürdanə Ağayeva Xocalı şahidi olaraq əsir qaldığı günlərdə özünün və digər azərbaycanlıların başlarına gətirilən dəhşətli hadisələri danışıb, bu faktları kitab halına gətirərək 4 dilə tərcümə etdirdiyini, ömrünün sonuna qədər də bu həqiqətləri duyuracağını və ədalətin bərpa olunması üçün əlindən gələni edəcəyini bildirib. Konfransda iştirak edən Xocalı hadisəsinin digər canlı şahidləri həmin günlərdə şəxsən gördükləri və yaşadıqları vəhşətlərdən ürəkağrısı ilə danışıblar.Konfransın sonunda Xocalı soyqırımında vəhşicəsinə qətl edilmiş 5 yaşlı naməlum qıza həsr edilmiş şeir klipi nümayiş etdirilib.(Real tv)

Nə düşünürsən?