Xəzərdəki bu vəziyyət nədən xəbər verir?

  • 19.01.2021
  • 0

Xəzər dənizinin suyu azalır və bu azalma hər ötən il bir az da artır. Dənizkənarı bulvardan Xəzəri izləmək kifayətdir ki, hazırki vəziyyətin nə yerdə olduğunu açıq-aydın görəsən. Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılovun sözlərinə görə, Xəzərin suyunun azalması son 5 ildə daha da intensivləşib. Mirnuh İsmayılov deyir ki, relyefin xarakterindən asılı olaraq Lənkəranın bəzi yerlərində Xəzərin suyunda 2, 3, 4 metr çəkilmə varsa, Nabranda 200-300 metr təşkil edir. Bəzi ərazilərdə isə çəkilmə daha yüksəkdir. Şöbə müdirinin sözlərinə görə, yaxın 2-3 il ərzində su çatışmazlığı əməlli başlı hiss olunacaq. Bu isə Xəzərdə də geri çəkilmələrin davam edəcəyi deməkdir.

Nə düşünürsən?