Xalq artisti vəfat etdi

  • 23.06.2021
  • 0

Sovet, Rusiya televiziya və radio aparıcısı, Rusiyanın Xalq artisti Viktor Balaşov vəfat edib.

AZSABAH.COM “Rusiya-24” telekanalına istinadən xəbər verir ki, məşhur aparıcı 97 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Viktor Balaşov 24 dekabr 1924-cü ildə Moskvada anadan olub. Böyük Vətən müharibəsində iştirak edib.

1944-cü ildə müsabiqə yolu ilə Ümumittifaq radiosuna diktor-stajçı kimi qəbul edilib.

Bir yerdə çalışdığı Yuri Levitandan əxz etdiyi bilik və bacarıq sayəsində Ümumittifaq Radio və Mərkəzi Televiziyada diktor vəzifəsinədək yüksəlib. O, "Zaman", "Qaliblər", "Oqonyok" və digər verilişlərin də aparıcısı olub.

12 aprel 1961-ci ildə Yuri Qaqarinin kosmosa uçuşu barədə TASS-a istinadən ilk xəbəri televiziyada məhz Balaşov səsləndirib.(Apa)

Nə düşünürsən?