Xalq artisti Elgizin anasından üzr istədi

  • 07.06.2021
  • 0

"Birinci təşəkkür edirəm ki, bədxahlar aramıza girdilər, amma sən ünvanıma qeyri-etik söz işlətmədin. Heç yadıma gəlmir ki, sənə təhqiramiz söz deyim. Sənin aparıcılığın, peşəkarlığın xoşuma gəlir. 16 ildir şou adı olan verilişlərə getmirəm".

Yenisabah.az xəbər verir ki, bu sözləri Xalq artisti Elxan Qasımov "Elgizlə izlə" verilişinə zəng edərkən deyib.Aktyor aparıcı Elgiz Əkbərə "eybəcər" deməsindən danışıb:

"Bu söhbəti böyüdüblər ki, reytinqimiz aşağı düşsün. Ya sənə, ya mənə qarşı təxribatdır. 75 yaşında insanam, hamıya gözəl sözlər deyən biri kimi tanınmışam. Birdən-birə bizi bir-birimizə qarşı belə döndərmək, bunu Şekispirin Yaqosu da etməzdi. Fürsətdən istifadə edib, anandan üzr istəyirəm. Səndən üzr istəyə bilımərəm, yaşım o deyil. Biz barışaq, özümüz buna nöqtə qoyaq. Əgər desəydim ki, "gözəl inşandı" yaşadığı binada, işdə heç kim gətirib o qəzeti ona verməzdi. Ola bilsin ki, demişəm".

Nə düşünürsən?