Xaçmazda Zəfər Parkı inşa edilir

  • 18.05.2021
  • 0

Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığını və qazandığı möhtəşəm tarixi zəfərinin nümayiş etdirilməsi eləcə də sakinlərin mənalı istirahətini təmin etmək məqsədilə Xaçmaz rayonunda Zəfər parkı inşa edilir.

Xaçmaz şəhərinin Heydər Əliyev prospektində inşa edilən Zəfər parkı 4 hektar ərazini əhatə edir. Parkda şanlı qələbəmizi özündə əks etdirən Zəfər muzeyi və internet kitabxana yaradılır. Bundan başqa ərazidə süni göl, fontan, müxtəlif ictimai iaşə obyektləri fəaliyyət göstərəcək.

Parkda müxtəlif idman qurğuları, velosiped zolağı, uşaqların əyləncəsi üçün atraksionlar eləcə də açıq havada müxtəlif tədbirlərin təşkili məqsədi ilə səhnə də yaradılacaq. Hazırda Zəfər parkında son tamamlanma işləri gedir. İşıq dirəkləri basdırılır, yerə tamet döşənir, ətraf ərazilər yaşıllaşdırılır. Sakinlər yeni parkın istifadəyə veriləcəyi günü səbirsizliklə gözləyir.

Qeyd edək ki, müasirliyi ilə seçiləcək istirahət məkanının yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılır. Ümumilikdə Zəfər parkında 15 min kvadratmetr sahədə yaşıllıq zonası yaradılacaq.

REAL

Nə düşünürsən?