Virusla bağlı həyəcan təbili çalınır

  • 31.03.2021
  • 0

Ölkəmizdə aşkarlanan "Britaniya ştammı" daha yoluxdurucudur.

Sutkalıq yoluxma sayı 2000-i keçdi.

Ölkə üzrə ən çox yoluxma 57.3 faizlə Bakının payına düşür. Bakıda ən çox yoluxma isə Binəqədi rayonundadır. Burda yoluxma faizi 14.1 faiz təşkil edir.

Yoluxma artdıqca narahatlıq da artır. Düşünürəm ki, elə artmalıdır da. Ona görə ki, yoluxma sayının artması həm yaxınlarımızın daha tez yoluxma riskinin olmasına, həm də yenidən sərt karantin rejiminin tətbiq olunmasına işarədir.

Xatırladaq ki, mart ayının 18-də ölkəmizdə rəsmi olara “Britaniya ştammı”nın aşkarlandığı açıqlanıb. Həkim-infeksionist Süleyman Kamilov bildirdi ki, yeni ştammın yoluxduruculuq qabiliyyəti daha çoxdur.

Qeyd edək ki, hazırda ölkəmizdə aktiv koronavirus xəstəsi 20 021 nəfərdir.

Nə düşünürsən?