“Veteran adı“ verilməsinin qaydaları açıqlandı

  • 02.02.2021
  • 0

Vətən müharibəsi iştirakçılarının vəsiqələri hazırlanır 44 gün çəkən müharibə Azərbaycan ordusunun zəfəri ilə sona yetdi. Bununla da ölkəmiz öz ərazi bütövlüyünü bərpa etmiş oldu. Hazırda müharibə iştirakçılarının vəsiqələrinin hazırlanması istiqamətində müəyyən işlər görülür. Bunun üçün Baş nazir Əli Əsədov tərəfindən komissiya yaradılıb. Bunu REAL TV-yə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, komissiyanın sədri Baş nazirin müavini Yaqub Eyyubov və tərkibi isə müharibədə iştirak edən bütün güc strukturlarının nazirlərinin, xidmət rəislərinin, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə nazirinin müavinləridir. Ekspertin sözlərinə görə, sənədlər toplusunda veteran adını almaq üçün onu alacaq şəxsin şəxsiyyət vəsiqəsi və hərbi bilet nömrəsi, surəti, fotoşəkil, ərizə və sair sənədlər tələb olunur. Ekspert qeyd edib ki, döyüşlərdə iştirak edən bir Azərbaycan əsgəri belə veteran adından məhrum qalmayacaq. Bunun üçün yaxın günlərdə həmin sənədlərin hazırlanması və verilməsi üçün bütün tədbirlərin görülüb başa çatacağı ehtimal olunur.

Nə düşünürsən?