Vətən Müharibəsində mübarizə simvoluna çevrilən 5 yaşlı Bəxtiyar

  • 05.02.2021
  • 0

Gülən üzü ilə İkinci Qarabağ Müharibəsinin simvoluna çevrilən Bəxtiyar Heydərli 3 aydan sonra Ermənistan Silahlı Qüvvələrinin hücumu zamanı dağıdılmış evinə baş çəkib. BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, erməni terrorundan sonra təbəssümü ilə xalqın iradəsini ortaya qoyan 5 yaşlı qəhrəman gələcəkdə Milli Qəhrəman, general Polad Həşimov olmaq istəyini deyib. Yaşıdları ölümün nə olduğunu bilmədiyi vaxtda Bəxtiyar Heydərli qərənfillə şəhidləri anıb. Dəhşətli gecəni unutmadığını deyən azyaşlı bunları dilə gətirib: "Durdum gördüm ki, üzüm qandır. Sonra partlayış səsi gəldi".

Nə düşünürsən?