Vətən müharibəsi qazisinin Türkiyədə əməliyyata ehtiyacı var

  • 23.04.2021
  • 0

Vətən müharibəsində iştirak etmiş Qurbanov Əbülfət Tanrıverdı oğlunun xarici ölkədə əməliyyata ehtiyacı var.

Unikal.org-a müraciət edən Ə.Qurbanov Laçın rayonunun erməni işğalından azad olunması üçün döyüşlərdə düşmənin minatanlardan açdığı atəş zamanı iki ayağından ağır yaralanıb. Onun ayaqları qırılıb, bud sümüyündə sınıqlar yaranıb. Sonradan o, paytaxtda yerləşən özəl klinikalardan birində əməliyyat olunub. Onun sağlamlığının bərpası üçün Türkiyədə əməliyyata ehtiyacı var. 

Qeyd edək ki, Ə.Qurbanov Prezident İlham Əliyevin sərəncamı ilə, “Cəbrayıl”, “Qubadlı” və “Laçın”ın işğaldan azad olunması medalları ilə təltif edilib.

“YAŞAT” Fondundan Unikal.org-a verilən məlumata görə, yığılan ianələrdən Qurbanov Əbülfət Tanrıverdı oğlunun əməliyyatına on min manat vəsait ayrılıb. Həmin vəsait hesabina döyüşçümüz Bakıda yerləşən  "City Hospital" da əməliyyat olunub.  Onun Türkiyədə əməliyyat olunması ilə bağlı həkim rəyi olarsa, o xarici ölkəyə əməliyyata göndərilə bilər.

Nə düşünürsən?