Vergi orqanlarına işə qəbul imtahanı təxirə salındı

  • 29.03.2020
  • 0

Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq, Vergilər Nazirliyi dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqənin test imtahanının keçirilməsini qeyri-müəyyən müddətə təxirə salıb.

Test imtahanının keçirilmə yeri və tarixi müəyyənləşdirildikdən sonra bu barədə əlavə məlumat veriləcək.

Nə düşünürsən?