“Uşaq vaxtı dəfələrlə atamdan pul oğurlamışam“

  • 10.06.2021
  • 0

Meyxanaçı Aqşin Fateh vaxtilə atasından pul oğurladığını etiraf edib.

Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan "Onun Sirri" verilişinin qonağı olan meyxanaçı atasında bir yox, bir neçə dəfə oğurluq etdiyini açıqlayıb:

"1998-99-cu illər idi. O zamanlar indiki kimi mahnı hazırlamaq asan deyildi. Bir-iki səsyazma studiyası vardı və çox baha idi. Kaset çıxarmaq istəyirdim. Atam meyxana deməyimi istəmirdi, müəllim olmağımı istəyirdi. Mənim də oxumağa marağım yox idi. Düşünürdüm ki, gör nəslimizdən necə adamlar çıxıb, amma mən avara oldum. Hər işimi anama deyirdim. Həvəsimin qırılmasını istəmirdi. Atama desəm pul verməyəcəkdi. Anam atamdan gizlin pul yığmışdı. Kaset çıxarmaq üçün müəyən hissə çatmırdı. O zaman atamdan pul oğurlamışdım. Sonradan bildi. Anam öz üzərinə götürdü ki, mənə lazım olub, götürmüşəm. Atam başa düşdü, amma üzümə vurmadı. Ondan efir vasitəsi ilə üzr istəyirəm. Bu, bir yox, bir neçə dəfə olub. Atamdan halallıq istəyirəm".

Həmin görüntüləri təqdim edirik:

Nə düşünürsən?