Urmulu gənc seçki tələbi qoydu: Hanı dilim?

  • 17.06.2021
  • 0

İranın Qərbi Azərbaycan əyalətinin mərkəzi olan Urmu şəhərində prezident seçkisi barədə fikir bildirmək üçün təşkil edilən “Azad tribun”da urmulu gənc tələbini dilə gətirib.

Axar.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə video yayılıb.

Video-görüntüdə urmulu gənc “Mən və mənim kimilər siyasi məhbuslarımız, o cümlədən Abbas Lisani azad olunduğu halda rəy verə bilərik” deyə, İran hökumətinin Güney Azərbaycanın milli-mədəni fəallarına qarşı siyasətini tənqid edib.

Urmulu gənc İran rejiminin xalqların milli hüquqları və ana dilində təhsil ilə bağlı Konstitusiyasının 15-ci və 19-cu maddələrini icra etməməkdə günahlandırıb:

“Biz ona görə şəhid verməmişik ki, 40 il ən ibtidai insan haqlarımızdan məhrum olaq. 40 ildir Konstitusiyanın 15-ci və 19-cu maddələrindən danışırlar. Hər bir xalqın öz ana dilində təhsil almaq hüququ var. Bəs mənim ana dilim hanı?”

Qeyd edək ki, İranda prezident seçkisi 18 iyunda keçiriləcək.

Nə düşünürsən?