Ürəyi dayanan 9 əsgəri əlləri ilə belə xilas etdi

  • 23.11.2020
  • 0

Həkim Bəhruz Məmmədov ağciyər döş qəfəsini dəlib keçən qəlpə yarası ilə xəstəxanaya daxil olan yaralı əsgəri dayanmadan 25 dəqiqə qapalı ürək masajı edib. BiG.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, Bəhruz Məmmədov əks- hücum əməliyyatları başlayan ilk gündən könüllü həkim kimi cəbhə bölgəsinə yollanıb. O Tibb Universitetinin Müalicə işi fakultəsini bitirib. Hazırda ehtiyatda olan tibb xidməti kapitanıdır. Qəlpə yarasında ürəyi dayanan 9 əsgəri məhz onun əlləri həyata qaytarıb. O açıqlamasında bildirib ki, "Döyüş meydanında düşmənə yenilməyən əsgərimiz əməliyyat masasında ölümə asanlıqla meydan verə bilməz".

Nə düşünürsən?