Ukrayna prezidenti: "Biz hazırıq"

  • 02.04.2021
  • 564 baxış
  • 0

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın sərhəddəki hərbi fəallığına münasibət bildirib.

Metbuat.az-ın xəbərinə görə, o bəyan edib ki, Ukrayna ordusu hər cür təxribata hazırdır:

“Rusiyanın hərbi təlim formasında güc nümayiş etdirməsi atəşkəs və sülh müzakirələrinə təzyiq göstərmək üçün atılmış addımdır.

Ordu sadəcə güc və qüvvə demək deyil, eyni zamanda ağıl və balansdır.

Hər cür təxribata hazırıq”.
Qeyd edək ki, Ukrayna ordusunun Donbass istiqamətində əməliyyatlara başladığı barədə xəbərlər yayılıb.

Nə düşünürsən?