Türkiyənin dünyaya hərbi mesajı

  • 15.04.2021
  • 0

Türkiyənin “Hava-Hava” raketini uğurla sınaqdan keçirməsi bütün dünyada müzakirə edilir. Hərbi ekspertlər bunu Türkiyədən dünyaya bir mesaj kimi dəyərləndirirlər. Son illər müdafiə sənayesində xeyli irəliləyən Türkiyə indi bu sahədə lider dövlətlərdən birinə çevrilir.

"Bozdoğan"ın Türkiyə hərbi sənayesi üçün önəmini Türkiyə Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general leytenantı Ərdoğan Karakuş REAL TV-ə şərh etdi.

Türkiyə Hərbi Hava Qüvvələrinin ehtiyatda olan polkovniki Osman Başıböyük isə bu uğurun zaman-zaman Türkiyəni embarqoyla hədələyən ölkələri narahat etdiyini deyir.

Çünki Türkiyə hərbi sənayedə digər dövlətlərdən asılılığını sıfıra endirməkdə qətiyyətli olduğunu göstərir.

Sınağı keçirilən Bozdoğan isə hərbi sənayedə Türkiyənin nə ilk nə də son uğuru deyil. Bu sınaq Türkiyənin daha böyük məqsədinə gedən yolda əldə etdiyi uğurlardan biridir.

Türkiyənin müdafiə sənayesində əldə etdiyi nailiyyətlər bu ölkəyə müttəfiq olan dövlətlərin də xeyrinədir.

Qeyd edək ki, "Bozdoğan"ın uğuru barədə ilk xəbəri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz "tvitter" səhifəsində “Türkiyə “Hava-Hava” raket texnologiyasına sahib azsaylı ölkələrdən biri olmağı bacardı" - paylaşımı edərək açıqlamışdı.

 

Nə düşünürsən?