Türkiyə və Azərbaycan arasında yeni bəyannamə imzalandı

  • 17.03.2021
  • 0

Türkiyə və Azərbaycan arasında niyyət bəyannaməsi imzalanıb.

Azərbaycan və Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi imzalanıb. Bəyannamədə Türkiyədə aqrar sahədə istifadə olunan müasir texnologiyaların Azərbaycanda tətbiqi imkanlarının araşdırılması və yerli mütəxəssis və fermerlərə təlimin keçirilməsi sahəsində əməkdaşlıqla bağlı maddələr yer alıb. Bu məqsədlə birgə İşçi Qrupunun yaradılması və Fəaliyyət Planının işlənib hazırlanması nəzərdə tutulur.
kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Türkiyənin aqrar sahədə müasir texnologiyaların tətbiqinə dair təcrübəsindən yararlanmaqda maraqlıdır.

Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli də bildirib ki, ölkəsi iqtisadiyyatın digər sahələrində olduğu kimi aqrar sahədə də Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

Nə düşünürsən?