Türkiyə və ABŞ liderlərinin görüşünün region üçün vacibliyi

  • 24.04.2021
  • 0

Türkiyə və Amerika Birləşmiş Ştatları prezidentləri arasında telefon danışığının baş tutması ümidvericidir.

İyunda iki liderin üz-üzə görüşmək barədə qəbul etdiyi qərar da regionda, eləcə də ölkələr arasındakı problemlərin aradan qaldırılması baxımından önəmlidir.

Lakin Türkiyə və Amerika Birləşmiş Ştatları arasında zaman-zaman yaranan böhran o qədər dərindir ki, bunun aradan qaldırılması üçün mərhələli prossesə ehtiyac var.

Ekspertlərə görə, Rəcəb Tayyib Ərdoğan və Co Bayden arasında keçiriləcək görüş zamanı müzakirə ediləcək əsas mövzular hərbi sahədə əməkdaşlıq və terror təşkilatlarıyla mübarizədir.

Qeyd edək ki, ötən gün Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Co Bayden arasında telefon danışığı olub. Liderlər ölkələr arasındakı əməkdaşlığı, regional məsələləri müzakirə ediblər. Bundan başqa iyun ayında keçirilməsi planlaşdırılan NATO zirvəsində görüşmək barədə qərara gəliblər.

REAL, Türkiyə

Nə düşünürsən?