Toylarla bağlı qadağalar hansılardır?

  • 23.06.2021
  • 0

Məlumunuzdur ki, artıq iyulun 1-dən etibarən toylara qoyulan qadağa aradan qaldırılır. Ancaq toy məclislərini təşkil etmək də müəyyən qaydalarla mümkün olacaq və bu qaydalara nəzarət də DİN tərəfindən həyata keçiriləcək.

Qaydalara əsasən, 50-dən 150-dək nəfərlik restoranlarda keçirilən bütün şadlıq mərasimlərində mütləq şəkildə iştirakçılardan COVID pasportu tələb olunacaq və bu qaydalara əməl olunması ictimai iaşə obyektinin inzibatçıları tərəfindən yoxlanılmalıdır.

Mərasim iştirakçılarından tibbi maskadan istifadə etmək tələb olunmur, lakin musiqiçilərdən başqa xidmət personallarının maskadan istifadə etməsi mütləqdir.

50 nəfərlik təşkil edilən mərasimlər zamanı isə iştirakçılardan COVID pasportu tələb olunmayacaq. Ancaq belə olan halda tibbi maskadan istifadə mütləqdir.

Elşad Hacıyev həmçinin bildirdi ki, şadlıq evlərindən kənar ərazilərdə o cümlədən, toy çadırlarında şənliklərin 50 nəfərə qədər iştirakçı olmaqla keçirilməsinə icazə verilir və COVID pasporti tələb olunmur. Lakin bu zaman tibbi maskalardan istifadə etmək və sosial məsafəni gözləmək məcburidir.

50 nəfərdən artıq iştirakçısı olan şənliklərin isə belə yerlərdə keçirilməsi tövsiyə olunmur.

Şadlıq evlərində kondisionerdən istifadə edilməməsi ilə bağlı da hər hansı qadağa yoxdur.

Amma, toy nişan və s mərasimlər axşam saat 12-dək yekunlaşmalıdır.

 

Nə düşünürsən?