Tibb işçiləri işdən qovuldu

  • 22.04.2021
  • 0

Vaksinasiya prosesində yol verdikləri neqativ hala görə 2 nəfər tibb işçisinin müqaviləsinə xitam verilərək işdən kənarlaşdırılıb. Görüntülərdə həmin tibb işçilərinin saxtakarılğa yol verərək peyvəndi vətəndaşa vurmadığı əks olunur.

Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

Göstərilmiş halların qarşısını almaq məqsədi ilə araşdırmalar davam edir və hüquq pozuntusuna yol verən tibb işçiləri haqqında müvafiq tədbirlər görüləcək.

Xatırladaq ki, bundan əvvəl vaksinasiya prosesini pozan ümumilikdə 12 nəfər işdən kənarlaşdırılıb və onların əmək müqavilələrinə xitam verilib.

Nə düşünürsən?