Tərtər və Tovuz rayonlarından əhali çıxarılır? - Açıqlama

  • 01.07.2020
  • 0

Bu gün sosial şəbəkələrdə hərbi əməliyyatlarla əlaqədar Tərtər və Tovuz rayonlarından əhalinin çıxarılması ilə bağlı informasiyalar yayılıb. Məsələ ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyindən BAXAR.az-a verilən açıqlamanı təqdim edirik: "Sosial şəbəkələrdə cəbhənin Tərtər və Goranboy istiqamətlərində guya vəziyyətin gərginləşməsi ilə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur, uydurma və həqiqətə uyğun olmayan məlumatdır. Hazırda cəbhə bölgəsində vəziyyət sabitdir. Bu kimi xəbərlər düşmən qüvvələrin təxribat məqsədilə yaydığı dezinformasiyadır".

Nə düşünürsən?