Təlükəsizlik orqanları 102 yaşını qeyd edir

  • 28.03.2021
  • 0

Bu gün Milli Təhlükəsizlik Orqanlarının peşə bayramıdır.

Bu gün Azərbaycan milli təhlükəsizlik orqanlarının əməkdaşları peşə bayramlarını qeyd edirlər.

Milli Təhlükəsizlik Orqanlarının yaradılmasının 102 ili tamam olur.

1919-cu il martın 28-də Azərbaycan xalq cümhiriyyəti hərbi nazirliyinin tərkibində ilk xüsusi xidmət orqanı olan kəşfiyyat və əks kəşfiyyat bölməsi yaradılıb. 1920-ci ildə sovet ordusu tərəfindən Azərbaycan işğal edilib və Sovet İttifaqı süquta uğrayandan sonra 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yaradılıb. Mərhum prezident Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı sərəncamla hər il mart ayının 28-də Azərbaycan respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları öz peşə bayramlarını qeyd edirlər.

Prezident İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli fərmanı ilə xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə Milli Təhlükəsizlik Nazirliyinin əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Qeyd edək ki,bu gün saat 16:00-da və 22:00-da REAL TV-də Mir Şahinin "Vətən və Dövlət Naminə"sənədli filminin nümayişi olacaq. Film Azərbaycan Xüsusi Xidmət Orqanlarının fəaliyyətinə həsr olunub.

REAL

Nə düşünürsən?