Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən layihə sona çatdı

  • 05.12.2020
  • 0

Şirvan şəhər M.İsrafilov adına 18 saylı Təbiət-humanitar təmayüllü məktəbin coğrafiya müəllimi Hətəmova Pərvanə Müslüm qızı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV qrant müsabiqəsinndə iştirak edərək “Lego Lab - Oyundan hobbi ilə peşəyə” əyləncəli, praktik, robotiks dərslər – layihəsinin qalib olmuşdur. Layihə əsasən müəllim və 13-14 yaş səviyyəsini əhatə edən şagirdlər üçün nəzərdə tutulub. Azərbaycan Respubliksı Təhsil Nazirliyiyinin maliyyə dəstəyi ilə reallaşan Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi çərçivəsində "Lego Lab - Oyundan hobbi ilə peşəyə" əyləncəli, praktik robotiks dərslər layihəsinin təlimləri uğurla həyata keçirildi. Layihənin əsas məqsədi də Texniki yaradıcılıqların inkişafı - mühəndislik-texnolojı sistemin təməlinin qoyulmasıdır. Təlimlər zamanı proqramlaşdırma mühitinin inkişafı; praktik təcrübə əldəetmə bacarıqları; LEGO MİNDSTORMS EV3 robotik kodlama dərsləri əsasında rəqəmsal sensoru yığmaq bacarıqları; tədris prosesinə informasiya texnologiyalarının inteqrasiyası, müdavimlərin sistematik düşüncəsinin, məntiqi düşünmə və problemlərə ardıcıl, intensiv olaraq analitik yanaşmanın inkişafına təkan oldu. Robotiks dərslərində müdavimlər sadə və daha mürəkkəb strukturlu (maneəni gör və maneədə dur, cizgi izləyən, cizgidə dur) əmirləri yerinə yetirən robotların proqramlaşdırması fəaliyyətini tam şəkildə izləyib tətbiq etmək fürsətlərini əldə etdilər. 03.12.2020-ci il tarixdə Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibi olmuş “Lego Lab - Oyundan hobbi ilə peşəyə” əyləncəli, praktik, robotiks dərslər layihəsinin "Zoom "proqramı vasitəsilə icra planına uyğun olaraq, 34 nəfərin iştirakı ilə bağlanış tədbiri keçirildi. Tədbirdə layihənin ekperti, təlimçi, qonaqlar - Şirvan şəhər Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev, M.İsrafilov adına 18 saylı məktəb-liseyin direktoru İsmayıl Yusubov, təlim iştirakçıları - müəllimlər, şagirdlər və onların bu layihədə iştiraklarını dəstəkləyən valideyinlər övladları ilə birlikdə iştirak etdilər. Tədbirin uğurlu nəticələri, gedişi ilə bağlı layihə rəhbəri Pərvanə Hətəmova təqdimatla çıxış etdi. Layihə rəhbəri, layihənin eksperti Ramil Süleymanov, Şirvan Şəhər Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Resbublikası Təhsl Nazirliyinə təhsilimizin inkışafını dəstəkləyən bu kimi layihələrin həyata keçməsində birbaşa bu fürsətlərin, imkanların müəllim və şagirdlərimiz üçün yaradılmasının əhəmiyyətinin vurğuladılar, dərin minnətdarlıqlarını bildirdilər. Şirvan Şəhər Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev çıxışında layihənin aktual məsələlərə toxunduğunu, Azərbaycanda İT sahəsinin inkişafında bu cür tədbirlərin mühüm rol oynadığını qeyd etdi. Layihənin eksperti Ramil Süleymanov məsafədən tətbiq olunan təlimləri izləyərkən - təlimi düzgün yönəltmək və təlim materiallarının layihənin formatına uyğun olaraq müdavimlər tərəfindən mənimsənilməsi və potensial imkanlarının üzə çıxarılmasında təlimcinin fəaliyyətini cox yüksək qiymətləndirdi. Təlimçi Sənan Heydərli XXI əsr təhsil sahəsində mühəndis texnoloji bacarıqların formalaşdırılması istiqamətində müxtəlif texniki funksiyaları özündə birləşdirən Lego Ev3 dəstlərindən istifadənin əhəmiyyətini və şagirdlərin müxtəlif robot prototiplərinin hərəkət funksiyalarının bloq sxemlərini, proqramlaşdırmanı yerinə yetirərkən cox böyük həvəs, maraq, istəklərinin, tətbiq bacarılarının yüksək olmasını qeyd etdi. M.İsrafilov adına 18 saylı məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Məmmədova Gülnar, 2 saylı tam orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Rəhbəri Sayadxanım, eyni zamanda təlimdə iştirak edən müəllimlər layihə ilə bağlı yuüksək fikirlər söylədilər. Layihəyə bir evdən iki şagirdin və ya müəllimlərin də övladları ilə bərabər qoşulmaları layihənin nə qədər əhəmiyyətli olduğunu isbat edir. Təlimlərin bu ağır aylarda - Vətən müharibəsinin getdiyi və covid-19 virusunun təhsil sahəsində yaratdığı cətinliklər dövründə məsafədən (onlayn) keçilməsinə baxmayraq, şagirdlər çox həvəslə iştirak etdilər və İT faəliyyətlərinin düzgün istiqamətlənməsində bu layihənin əhəmiyyətini vurğuladılar. Sonda bütün iştirakçılar layihənin davamlı olması üçün uğurlar arzu etdilər. Tədbirdən sonra müdavimlərin elektron ünvanlarına təlimlərdə fəal iştiraklarına görə sertfikatlar göndərildi.

Nə düşünürsən?