TƏBİB-də təcili iclas - Yeni qərar olacaq

  • 10.05.2021
  • 0

TƏBİB-in İdarə heyəti yanında Tibbi-Elmi Komitədə koronavirusun III dozası ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Yaxın günlərdə bununla bağlı komitənin iclası keçiriləcək.

Oxu24.com Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında TƏBİB nümayəndəsi Fərrux Sədirov deyib.  

“Koronavirus peyvəndlərinin ömürlük qoruyuculuq qabiliyyəti yoxdur. Buna görə də, gücləndirici dozanın daha effektiv olması ilə bağlı fikirlər var. Bu proses revaksinasiya, yəni təkrar vaksinasiya deyil, sadəcə  gücləndirici doza adlandırılır.

Komitənin iclasında kimlərə və nə zaman bu dozanın tətbiq olunması müzakirə olunacaq. Proses yəqin ki, laborator göstəricilərə uyğun olaraq həyata keçiriləcək. Əgər qanda antitellər varsa,  III dozanın tətbiqi məntiqli olmaz.

Antitellərin səviyyəsi sürətlə düşən, peyvəndlənməsindən və ya koronadan sağalmasından 6 ay ötən şəxslərə bunun vurulması müzakirə mövzusu ola bilər”, - o bildirib.