Tbilisidə Nəriman Nərimanovun kitabının təqdimatı keçirilib

  • 10.04.2021
  • 0

Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində görkəmli ictimai-siyasi xadim, müəllim, həkim, yazıçı, publisist, dramaturq Nəriman Nərimanovun kitabının təqdimatı keçirilib. 

APA TV-nin Gürcüstan bürosunun xəbərinə görə, Nəriman Nərimanovun əsərləri ilk dəfə olaraq gürcü dilinə tərcümə edilib. 

Oxuculara təqdim olunan kitabda ədibin “Nadanlıq”, “Nadir şah” pyesləri və “Bahadır və Sona” romanı iki dildə - Azərbaycan və gürcü dillərində işıq üzü görüb. 

N. Nərimanov ilk qələm təcrübəsi olan “Nadanlıq” əsərini Gürcüstanda yazıb. O, “Nadir şah” əsəri ilə Azərbaycan ədəbiyyatında ilk tarixi faciənin, “Bahadır və Sona” əsəri ilə isə ilk milli romanın əsasını qoyub. 

Layihənin və ön sözün müəllifi iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva, əsərləri gürcü dilinə tərcümə edən isə filoloq Oktay Kazımovdur.

Nə düşünürsən?