Tanınmış azərbaycanlı prodüser qəfil vəfat etdi

  • 24.06.2021
  • 0

Musiqi prodüseri, aranjimançı və təşkilatçı Emil Minyaşev vəfat edib.

Bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım edib.

Qeyd edilib ki, 43 yaşlı prodüser dünən iş yerində dünyasını dəyişib.

Xatırladaq ki, Emil Minyaşev 11 noyabr 1978-ci ildə Bakıda anadan olub. O, bir çox məşhur Azərbaycan musiqiçiləri ilə əməkdaşlıq edib. /oxu.az/

Nə düşünürsən?