Svetoforun rənginin və saniyələrinin fərqli tələbi.

  • 11.01.2021
  • 0

Patrul.az əməkdaşı 9 yanvar tarixindən 10 yanvar tarixinə keçən gecə Həsən Bəy Zərdabi küçəsi ilə Akim Abbasov küçələrinin kəsişməsində svetoforun rəngləri ilə saniyələri arasında fərqin sürücülərin çaşqınlığına səbəb olduğunu görüb. Belə ki, Həsən Bəy Zərdabi küçəsində svetoforun qırmızı işığı yanan zaman geri sayım saniyələri 01 saniyədə donub qalıb və yaşıl işıq yanmayıb. Saniyələrə baxan sürücülər isə çaşqınlıq səbəbindən hərəkəti davam etdirib. Akim Abbasov küçəsindəki svetofor isə 07 saniyədən birbaşa yaşıl işığa keçib. Əməkdaşımız 102 qaynar xəttinə zəng vuraraq problemi bildirib ki, hər hansı hadisə baş verməmiş texniki problem aradan qalxsın. Ümid edirik ki, məsələ artıq həllini tapıb və ya qısa zamanda həllini tapacaq.

Nə düşünürsən?