Şuşaya atılan "İsgəndər" dünya mətbuatında

  • 04.04.2021
  • 5 baxış
  • 0

Bu Ermənistanın insanlıq əleyhinə cinayət işlətdiyini göstərir.

Vətən müharibəsi dövründə Ermənistanın “İsgəndər” raketindən istifadə etməsi ilə bağlı yayılan məlumatlar dünyanın aparıcı KİV-lərində əks etdirilib. “BBC News”, Litvanın “Slaptai” xəbər saytı, ABŞ-IN “Jamestown” Qlobal Araşdırma və Analitika Fondu, Qərb ölkələrinin digər media orqanları, o cümlədən “konflikty.pl”, “eurasiantimes.com”, “Caucasus Watch”, “pl.sputniknews.com” və digər KİV orqanları Şuşaya atılan “İsgəndər”lə bağlı məqalələr yazib. Təbii ki bu, dünyaya Azərbaycana atılan raketin Ermənistan tərəfindən cinayət əməli olması və digər məsələləri çatdırır.

“İsgəndər” raketinin qalıqları martın 15-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının işğaldan azad edilmiş Şuşa şəhərində və onun ətrafında həyata keçirdiyi minadan təmizləmə tədbirləri zamanı tapılıb.

Nə düşünürsən?