Şuşada canlı yayımla bayram namazı qılınacaq

  • 12.05.2021
  • 0

Azərbaycanın işğaldan azad edilmiş Şuşa şəhərində Ramazan bayramı namazı qılınacaq.

Bununla bağlı Bakı Media Mərkəzi məlumat yayıb. Bayram namazı mayın 13-ü, saat 09:00-da qılınacaq.

29 ildən sonra ilk dəfə Şuşada təşkil edilən namazı birbaşa canlı yayımla izləmək mümkün olacaq.

Qeyd edək ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada mayın 12-i və 13-ü “Xarıbülbül” musiqi festivalı keçirilir.

Nə düşünürsən?