Şuşa xalçaçılığına dair video material hazırlanıb

  • 29.12.2020
  • 0

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xalçaşünaslıq” sektorunda Qarabağ xalçaçılığına dair tədqiqatlar davam etdirilir. İnstitutdan "Report"a bildirilib ki, indiyədək aparılan tədqiqatların nəticələri müxtəlif kitablarda, məqalələrdə öz əksini tapıb. Bu günlərdə sektorda “Şuşa Qarabağ xalçaçılığının paytaxtıdır” mövzusunda tanıtım xarakterli video material hazırlanıb.

Nə düşünürsən?