Şuşa Bəyannaməsinin yaratdığı iqtisadi imkanlar

  • 20.06.2021
  • 0

Artıq Ermənistanın bir yolu qaldı, Azərbaycanla münasibətlərini yaxşılaşdırmaq, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkmək, altılıq platformaya qoşulmaq və Zəngəzur dəhlizinə töhvə vermək... Belə olmayacağı təqdirdə rəsmi İrəvan region ölkələr üçün yük olacaq. İyunun 15-də Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsi bunu bir daha şərtləndirdi. İqtisadçılar deyir ki, Zəngəzur dəhlizinin açılması ilə regionda yeni imkanlar açılacaq, Azərbaycandan ixrac və idxal olunan məhsullar ucuz başa gələcək.

Regionda kommunikasiya və nəqliyyat dəhlizlərinin açılması Azərbaycan üçün nə qədər əhəmiyyətlidirsə, Şuşada imzalanan Şuşa bəyannaməsi də Qars müqaviləsindən sonra ən mühüm əhəmiyyətə malik olan sənəddir. Çünki Azərbaycan ərazilərinin təhlükəsizliyi təmin edildi.

Zəngəzur dəhlizinin reallaşması ilə nəqliyyat əlaqələri blokdan çıxarılacaq. Naxçıvan MR-nın imkanları genişləndiriləcək. Bütövlükdə isə sözügedən layihə tarixi İpək yolunun cəlbediciliyinin artmasına xidmət edəcək. Bununla da Azərbaycan-Türkiyə müttəfiqliyinin möhürü olan Şuşa bəyannaməsi Zəngəzur dəhlizi vasitəsilə Azərbaycana və region ölkələrə dividentlər qazandıracaq.

Nə düşünürsən?