"Sürücülük vəsiqəsi üçün 1000 manat istənilir"

  • 11.06.2021
  • 0

Bu gün Milli Məclisin iclasında millət vəkili Müşfiq Cəfərov Gəncə şəhərində 9 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsini rüşvətxorluqda ittiham edib.

Azsiyasət.com xəbər verir ki, millət vəkili Gəncə şəhərində 9 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsində baş verən rüşvətxorluq hallarının olduğunu bildirib.

Müşfiq Cəfərov sürücülük vəsiqəsi üçün 104 manat dövlət rüsumu olduğu halda həmin şöbədə 1000 manat istənildiyini qeyd edib.

Nə düşünürsən?