Suqovuşan uğrunda şəhid olmuş 19 yaşlı Musa

  • 25.12.2020
  • 0

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlardan biri də Masallı rayonu Xoşçobanlı kəndində anadan olan xüsusi təyinatlı qüvvələrin kəşfiyyatçısı 19 yaşlı Musa Mustafayevdır. Suqovuşan istiqamətində gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək qəhrəmancasına həlak olan beş bacının bir qardaşı ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub. Unikal.org xəbər verir ki, Musa Mustafayev 2001-ci ildə Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub. 19 yaşlı qəhrəmanımız hər zaman Vətən sevgisi ilə yaşayıb və torpaqların işğaldan azad edilməsi onun ən böyük arzusu olub. Elə buna görə də uşaqlıqdan hərbçi olmağı arzulayıb.

Nə düşünürsən?